Bütün xəbərlər
Anar Kərimov SSRİ Xalq artisti Valentin Yelizaryevlə görüşüb
Tarix: 06-09-2022 15:28 | Bölmə: Mədəniyyət

Məryəm Qafarzadə, Anar Kərimov



Mədəniyyət naziri Anar Kərimov SSRİ Xalq artisti, professor, görkəmli baletmeyster, pedaqoq Valentin Nikolayeviç Yelizaryevlə görüşüb.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, qonağı səmimi salamlayan nazir Valentin Nikolayeviçin bir sənətkar kimi daim bəşəriyyəti narahat edən problemləri parlaq şəkildə nümayiş etdirməyə nail olduğunu vurğulayıb. Dünya şöhrətli baletmeysterin XX əsr müasir balet sənətində fərqli və maraqlı xoreoqraf kimi tanınmasından bəhs edib. Eləcə də Azərbaycan və Belarus arasında opera və balet sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
Nazir Azərbaycan mədəniyyətinin nəinki Belarus, eləcə də dünyada layiqincə tanıdılmasında böyük töhfəsi olan V.Yelizaryevə təşəkkürünü bildirərərək, sevilən sənətkara “Şuşa 270” Döş nişanını təqdim edib.
Yaradıcılığına, sənət yoluna göstərilən böyük diqqət və qayğıya görə təşəkkürünü bildirən V.Yelizaryev bundan sonra da dünyaya göz açdığı doğma Azərbaycanı layiqli təmsil edəcəyini bildirib.
Anar Kərimov görkəmli baletmeyster, xoreoqraf V.Yelizarevə işlərində uğurlar, möhkəm can sağlığı arzulayıb.


Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya