12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“O mahnının hesabına mənzillər, avtomobillər aldım”
Tarix: 23-08-2022 14:12 | Bölmə: Mədəniyyət

                      “O mahnının hesabına mənzillər, avtomobillər aldım”


Müğənni Yeganə Mürsəlova məşhur “Taleyim” mahnısından danışıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi “Xəbər-ətər” proqramında bəstənin onun həyatında bir çox şeyi dəyişdiyini açıqlayıb:
“Barmaqla sayılacaq qədər ifaçılardanam ki, “Taleyim” mahnısını oxuyandan sonra özümə mənzil yox, mənzillər, avtomobillər almışam. Bu yaxınlarda “Taleyim” mahnısını bir məclisdə ifa etdim. Bu nəğməni 22 il əvvəl oxumağıma baxmayaraq, hələ də ifa etməyimi istəyirlər. Adımı bilən yoxdur. Elə “Taleyim” adı ilə çağırırlar. O mahnı ilə “Səbuhi records” şirkəti ilə kifayət qədər pul qazanmışam. O zamanlar mahnılar kasetə yazılırdı, disk yox idi".
Qeyd edək ki, mahnının sözləri Dilarə Şahidə, musiqisi isə Natiq Şuşalıya aiddir.


              



Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər