12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz” - Video
Tarix: 18-08-2022 12:44 | Bölmə: Mədəniyyət

                       “Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz”


“Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarı təkcə işim deyildi, həm də anam idi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova “O üz” proqramında deyib.
Aktrisa anasının onun ərə getməsinə qarşı olduğunu bildirib: “Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğlu üçün istəyirdi. Qonşu otaqda idim. Oradan anam mənim haqda dedi ki, “Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O, aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz”. Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim”.


               



Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər