Bütün xəbərlər
Nəsrin Cavadzadə yeni münasibəti ilə gündəm oldu
Tarix: 27-07-2022 14:13 | Bölmə: Mədəniyyət

                  Nəsrin Cavadzadə yeni münasibəti ilə gündəm oldu



Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgi münasibəti ilə gündəmə gəlib. 
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Gökhan Alkandan ayrılması ilə gündəmdə olan 39 yaşlı aktrisa yeni eşq münasibəti iddiaları ilə yenidən müzakirə mövzusuna çevrilib. 
Belə ki, məşhur aktrisanın adı keçən mövsüm “Üç kuruş” adlı serialda birlikdə rol aldığı Uraz Kaygılaroğlu ilə hallanmağa başlayıb.
Türkiyə mediası aktrisanın hələ ki yeni münasibətini gizli saxlamaq istədiyini qeyd edib.
Buna baxmayaraq, Nəsrin Cavadzadə və Uraz Kaygılaroğlu qısa müddət sonra öz sosial şəbəkə hesablarında paylaşım edərək sözügedən iddiaları təkzib ediblər. İlk paylaşımı isə Uraz Kaygılaroğlu edib. Aktyor Nəsrinlə münasibətdə olması barədə xəbərlərin əsassız olduğunu bildirib.









Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya