22:18 / 29-09-2022
Nərminə dəstək olaq!
Azərin qazi ilə çəkilən videosu müzakirə yaratdı - Açıqlama
Tarix: 27-07-2022 11:41 | Bölmə: Mədəniyyət

                     Azərin qazi ilə çəkilən videosu müzakirə yaratdı



Azərbaycanlı aparıcı Azər Zahidin qazilərlə görüşü zamanı səsləndirdiyi ifadə sosial şəbəkədə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə aparıcının qazilərə pul ianələri verərkən yaşanıb. Belə ki, aparıcı gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə zərfin içərisində pulu verərkən "Onsuz da saya bilməyəcəksən", - deyib. 
Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Aparıcı görüntülərlə bağlı Baku.ws-ə açıqlama verib. O, sözügedən videonun bütöv versiyasını kəsib paylaşanların onu nüfuzdan salmaq istədiyini bildirib: "Videoda 3 qazi var. Mən maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın, təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. "Sən onsuz da saya bilməyəcəksən" sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar".
Qeyd edək ki, Azər Zahid dəfələrlə sosial şəbəkədə topladığı ianələrlə qazilərə yardım edib.


              


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər
7-09-2022, 18:44 Fazil Əliyev vəfat etdi