Bütün xəbərlər
“Qızıma da bu sərgidən kitab aldım”
Tarix: 14-07-2022 14:41 | Bölmə: Mədəniyyət

                     “Qızıma da bu sərgidən kitab aldım”



“Bu gün biz hamımız üçün doğma, əziz, çoxdandır həsrətini çəkdiyimiz və bu gün qovuşduğumuz Şuşamızda Vaqif Poeziya Günləri çərçivəsində kitab sərgisində iştirak edirik”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Vaqif Poeziya Günləri çərçivəsində kitab sərgisinə qatılan Xalq artisti Gülyanaq Məmmədova bildirib.
“Buradakı kitab sərgisində iştirak etməkdən məmnunam. Çünki kitab elmdir. Qızıma da bu kitab sərgisindən kitab aldım. Olduqca maarifləndirci tədbirdir”, - deyə G. Məmmədova bildirib.
O qeyd edib ki, Cıdır düzündə baş tutan konsertdə də iştirak edəcək: “Bizim də Cıdır düzündə möhtəşəm tədbirimiz olacaq. Orada Molla Pənah Vaqif və ədəbiyyatımızın digər klassiklərinin şeirləri səsləndiriləcək, onlara bəstələnən mahnıları oxuyacağıq”.


Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya