12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
18:04 / 15-11-2026
Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlar xəttini açıqlayıb
17:34 / 15-11-2026
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
17:31 / 15-11-2026
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
17:28 / 15-11-2026
Stolüstü tennis üzrə Avropa çempionatının (14 yaşa qədər) finalında Rusiya komandası ukraynalıları məğlub edib
01:08 / 15-11-2026
İcra başçısının şəhid atası ilə bu cür görüşü ona oğlunu xatırladıb-VİDEO
19:21 / 14-11-2026
Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətdir-Könül Nurullayeva
23:06 / 12-11-2026
Avtomobili yandıran yeniyetmə saxlanılıb
23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
Biz teatrı niyə sevmirik?
Tarix: 03-07-2022 11:42 | Bölmə: Mədəniyyət
Teatr həmişə cəmiyyətin güzgüsü olub və biz həmişə bu güzgüdə özümüzü görmüşük. Bəs niyə bu güzgüdə biz artıq özümüzü görmürük. Buna səbəb nədir?
Məsələ ondadır ki, teatr yarandığı gündən bu günə qədər insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərib. İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli, bir mənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmalıdır. Demək, tamaşa elə qurulmalıdır ki, günümüzlə səsləşsin.
Belə olan təqdirdə gəlin teatrlarımıza nəzər salaq, görək teatrlarda günümüzlə səsləşən tamaşalar var, ya yox?! Əlbəttə, yoxdur.
Gəlin söhbətimizi əyaniləşdirək. Respublikamızda 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrların tamaşaları haqqında kifayət qədər məlumatlıyıq. Bu məlumatlara əsaslanaraq deyə bilərik ki, biz əziz və doğma teatrımözı heç də kifayət qədər sevmirik. O zaman belə bir sual yaranır. Bəs biz doğma teatrı niyə sevmirik? Axı, sevməliyik. Gəlin faktlara nəzər salaq və teatrı sevməməyimizin köklərini araşdıraq.
Bu polemikaya teatrşünaslar, dramaturqlar, rejissorlar, aktyorlar və sair peşə sahibləri qoşula bilər. Və mənə elə gəlir ki, bu işin xeyrinə olar.
İlk əvvəl, gəlin teatrın strukturundan başlayaq. Müasir dövrümüzdə teatrın strukturu düzgün qurulub, ya yox? Fikirlər müxtəlif ola bilər. Mənə qalarsa, deməliyəm ki, teatrın strukturu düzgün qurulmayıb. Mən bunu çoxsaylı müsahibələrimdə və çıxışlarımda dəfələrlə qeyd etmişəm. Fikirlərimi açıqlayım. Bütün müasir dünyada, hətta keçmiş sovetlər dönəmində fəaliyyət göstərən teatrlarda rejissor əsas sima sayılıb, teatrın düşünən beyni hesab olunurdu. Bu belədir. Teatrın direktoru baş rejissorun yaradıcılıq fəaliyyətinə imkan və şərait yaradan məmurdur. Onun işi baş rejissorun yaradıcılıq işinə təkan verməkdir.
Mən bu yaxınlarda hörmətli nazirimiz Anar Kərimovla da söhbətimdə bunu qeyd etmişəm. Onunla bir saata yaxın söhbətimiz oldu. Anar müəllim gözəl insan, maraqlı şəxsiyyət, təşkilatı işləri gözəl bilən təcrübəli diplomatdır. O, məndən, teatr və kino sahəsində təcrübəli bir şəxs, bir ağsaqqal kimi müasir teatr və kino prosessesləri, teatr strukturu barədə soruşdu. Mən hər şeyi ona danışandan sonra Anar müəllim dedi ki, indi mənə hər şeyaydındır. Siz qeyd etdiyiniz kimi, teatrın düşünən beyni baş rejissordur. Direktor isə, teatrda baş rejissora yaradıcılıq imkanlarına yardımçı olan məmurdur. Bunları bir-biri ilə qarışdırmaq olmaz.
Bu birinci məsələdir. İkinci məsələ isə, Azərbaycan teatrında kadr məsələsidir. Söhbət peşəkar kadrlardan gedir. Biz yaxşı bilirik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti milli teatr, kino və digər sahələr üçün peşəkar və istedadlı kadrlar hazırlayan ali təhsil ocağıdır. Mədəniyyət və incəsənət müəssisələrində, o cümlədən teatrlarda peşəkar kadrların 99 %-ni bu təhsil ocağı təmin edir. Bəlkə ali təhsil ocağı peşəkar kadr yetişdirmir? Əlbəttə, yox. Ali təhsil ocağı çox istedadlı kadrlar yetişdirir. Bəs bu kadrların əksəri niyə teatrlara yol tapa bilmirlər? Teatrı sevən baş rejissor və derektor olmalıdır ki, gənc və istedadlı kadrları işlə təmin etsin. Etiraf etməliyik ki, teatrlarda baş rejissorun elə bir səlahiyyəti yoxdur. Teatrlara kadrların işə qəbul məsələsini direktor həll edir. Çünki möhür onun əlində, səlahiyyət ondadır. O isə, kimi istəyir, onu da işə qəbul edir. Teatrlara ən istedadsız, ən zəif kadrlar gəlir. Sual oluna bilər, bəs bu adamlar teatra neçə düşür? Çox sadə. Onlar tanışları, əmiləri, dayıları, xalaları vasitə ilə teatrlara yol tapırlar. Bu səbəbdən teatrlar bu günki duruma düşüblər.
Məhz bu səbəbdən teatrlarda müxtəlif səs çalarlarına, nitq mədəniyyətinə malik aktyor tapmaq müşkülə dönüb. Aktyorun səs çaları və nitq mədəniyyəti nədir? Keçmiş aktyorları yada salaq: Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı və digərləri. Allah onlara rəhmət eləsin. Onların hər birinin özlərinə məxsusu səs çalarları və nitq mədəniyyəti xatirimizdə canlanır. Onları bir-biri ilə qarışdırmaq mümkün deyildi. Elə bu səbəbdən biz onları bu günə qədər unuda bilmirik. Sonrakı nəsli xatırlayaq: Səməndər Rzayev, Kamal Xudaverdiyev, Fuad Poladov, İlham Namiq Kamal, Yaşar Nuri, Əliabbas Qədirov, Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Amaliya Pənahova və digərləri. Bu sənətkarın da səs çalarları müxtəlifliyi ilə seçilirdi. Onları da qarışdırmaq mümkün deyildi. Səs çalarlarının müxtəlifliyi və rəngarəngliyi insanı valeh edirdi. Bunu heç kim dana bilməz.
Bu gün isə, istənilən teatrın tamaşasında səhnədə 20 nəfər olsa da, elə bil bir səs var. Sual oluna bilər. Niyə rəngarənglik yoxdur? Bəs ali təhsil ocağı niyə rəngarəng səs çalarına malik kadr yetişdirmir. Yenə eyni sual və eyni cavab. Əlbəttə, yetişdirir. Amma, həmin istedadlar teatra yol tapa bilmir. Yenə dayıların, əmilərin, xalaların “kadr siyasəti” istedadlı insanların yollarına çəpər çəkir. Ona görə də teatrlarda aktyorların nitq mədəniyyəti bu səviyyədədir.
Nitq mədəniyyəti, səs çalarının müxtəlifliyindən danışırıqsa, aktyorun xarici görünüş məsələsində də danışmalıyıq. Bu da yaralı mövzudur. Bayaq adları çəkilən sənətkarların hər biri səs çalarlarının şirinliyi və cazibəsi ilə bərabər. Həm də vizual baxımdan səhnə görkəminə malik akt-yorlar olublar. Onların boy-buxunu, üz cizgiləri, səs imkanları və söz yox ki, istedadları və plastikası bir-birini tamamlayıb, vəhdət təşkil edirdi. Rejissorlar da onlara obraz həvalə edəndə heç bir çətinlik çəkmirdilər. Gəlin indi teatrlarımızdakı aktyorlarımızı yada salaq. Mən düzü heç boyu 1 metr 70 sm olan aktyor xatırlaya bilmirəm. Əksəriyyəti balaca-balaca xalalar və əmilərdir. Teatrlarda sanki bilərəkdən istedadsız və xarici görünüş etibarı ilə səhnəyə yararsız insanları işə götürürlər. Niyə? Çünki, təmanna və tanışlıq istedadlı insanların teatra yoluna çəpər çəkir.
Yaxşı yadımdadır. Rəhmətlik Hacıbaba Bağırov Musiqili Komediya Teatrına rəhbərlik edəndə mənim təqdimatımla 12, ya 15 istedadlı tələbəmi işə qəbul etmişdi. Mənim təqdimatım kifayət etmişdi. Bu gün həmin aktyorlar teatrda aparıcı obrazlar ifa edirlər. Bu gün bu mümkün deyil. Mən bu yaxınlarda iki istedadlı tələbəmin teatra qəbul edilməsi ilə bağlı Musiqili teatrın baş rejissoru Cavid İmamverdiyevə müraciət etmişdim. O da həmin iki nəfəri: Rüfət Umudov və Əlizaman Abbasovu qəbul etdi, səslərini dinlədi. Onların hər ikisi Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru kursunu bitiriblər. Hər ikisi gənc boy-buxunlu, səs çalarları və istedadları ilə teatr üçün tapıntı idi. Baş relissor C.İmanquliyev teatrın direktoruna gənc kadrların işə qəbulu ilə bağlı müraciət edəndə, o, deyib ki, ştatda yer yoxdur. Beləliklə, gənc kadrlar teatrdan uzaq düşüblər. Axı istedadlı insanları teatrdan uzaqlaşdırmaq olmaz.
İndi isə, teatrın daha bir vacib sahəsi haqqında fikirlərimi bildirmək istəyirəm. Teatrın repertuar məsələsi vacib məsələdir. Hamımız yaxşı bilirik ki, teatrların repertuarı onların simasıdır. Bu gün belə bir dəb yaranıb. Teatrlar yeni-yeni layihələr meydana çıxarırlar. Teatrın işi yeni tamaşa hazırlamaqdır. Rəhbər işləyən biri deyir ki, bu mənim layihəmdir. Bu anlaşılmazlıqdır. Bu tamaşadırsa, bunun rejissoru, bəstəkarı, rəssamı və sair olmalıdır. Hər şeyi ümumiləşdirib, bir nəfərin adına çıxmaq olmaz. Adını da islahat qoyuruq. Amma, biz islahat etmirik. İslahat adı altında olanları dağıdırıq, parçalayırıq, məhv edirik.
Mən, illərin təcrübəsindən çıxış edərək, belə düşünürəm. Bəlkə kimsə deyə bilər ki, dediklərim bir qədər kəskin oldu. Amma, kəskin olsa yaxşıdır. Həqiqəti heç kim demir və ya demək istəmir. Hər yerdə başdan-başa tərifdir. Hamı həyatda “yaxşı adam” rolunu oynamaq istəyir.
Unutmamalıyıq ki, dünya qloballaşır. Biz istəsək də, istəməsək də müasirləşməliyik. Məsələn, mən düşünürəm ki, niyə teatrlar birləşib, müştərək bir tamaşa hazırlamasın? Milli futbol yığmamız üçün müxtəlif komandalardan oyunçular toplanmır? Teatrda da bu təcrübədən istifadə etmək olar. Şəhər və bölgə teatrlarından toplanmış aktyor heyətindən maraqlı bir tamaşa ortaya qoymaq olar. Söhbət milli teatrın gələcək inkişafından gedirsə, niyə də yox? Niyə bir aktyor uğun olub, olmamağına baxmayaraq, eyni bir teatr da illərlə qalıb, fəxri ad və sair gözləyə-gözləyə qalmalıdır. Bəlkə, digər teatrda o, istedadını daha çox biruzə verə bilər. Bəlkə tam yeni bir müqavilə sisteminə keçək. Bütün hallarda teatrların strukturunda köklü dəyişikliklər aparılmalıdır. Dövrə uyğunlaşmaq lazımdır. Zaman dəyişib. Hamı zamanın dəyişməyini bilə-bilə, nəyi isə gözləyir. Sabah fəxri ad alaram. Sabah mükafat araram. Sabah, sabah olacaq. Sabah yoxdur. Sabah qurtarıb. Sabahı bu gündən başlamaq lazımdır. Gözləmək olmaz. Tamaşaçı yüksək peşəkar səviyyəli tamaşa gözləyir. Onun üçün aktyorun hansı teatrdan olmağının heç bir əhəmiyyəti yoxdur. Aktyor GTT-dan da ola bilər, Akademik Milli Dram Teatrından da, Naxçıvan, Gəncə, Şəki və ya Lənkəran Dram Teatrından da... Əsas olan yüksək, çox yüksək peşəkar səviyyəli tamaşadır. Yeganə bir məqsəd var. Tamaşaçını mükəmməl səhnə nümunəsi ilə heyrətləndirmək. Bax, layihə budur. İstedadlıları bir araya gətirmək lazımdır. Rəhmətlik Tofiq Kazımov yeni teatr yaratmaq uğrunda mübarizə aparıb, gənclərə önəm verirdi. Amma bir şərtlə ki, gənclər istedadlı olsun. Tofiq Kazımovun bir sözü var idi. Deyirdi ki, hər yeni tamaşada teatra iki yeni qan vurulmalıdır. Həmin yeni tamaşada bir yeni qız, bir yeni oğlan olmalıdır. Bu yenilənmə deməkdir. Bu gün teatrlarda istedadsızlar çoxalıb. Onlar istedadlılara imkan vermirlər. Onların istəkləri də artıb. Çünki, onların arxaları var. Məmurlara belələri sərf edir. Amma unutmaq olmaz ki, teatra olan münasibət əvvəlki deyil. İnsanlar artıq yalana inanmırlar.Yalan bir dəfə olar. Teatr isə, həqiqəti deyən və nümayiş etdirən yeganə yerdir, güzgüdür. Güzgü həqiqəti göstərməlidir. Yalan və naqislik olanda, tamaşaçı inanmır.
Bəzi rejissorların tamaşalarda elə mizan verirlər ki, “adamın dəymişi qala-qala kalı tökülür”. Bu mizanları mizandan başqa nəyə desən oxşatmaq olar. Mizan adına aktyor sağdan sola, soldan sağa və sair gedir. Niyə getdiyinin səbəbini isə bilmir.
Və ya səhnədə aktyor elə çığırır, elə bağırır ki, sanki tamaşadan sonra tamaşaçı döyüşə gedəcək. Bu teatr deyil, bu islahat deyil. Əgər islahat budursa, demək biz teatrı dağıdırıq. Teatr dövrün novator fikirlərini tamaşaçılara çatdırmalıdır. Teatr zamanı qabaqlamağı, tamaşaçını arxasınca aparmağı qarçısına məqsəd qoymalıdır. Biz teatrla bağlı çatışan və çatışmayan cəhətlərimizi deməliyik. Bir-birimizi nə qədər aldatmaq olar. Nə qədər deyək ki, hər şey yaxşıdır. Hər şey yaxşı deyil axı.
Hər teatrın öz spesifikası, öz siması və öz repertuarı olmalıdır.
Məsələn, “Leyli və Məcnun” Opera və Balet Teatrında da gedir, Musiqili Teatrda da. “Mənim günahın” Azdramada da gedir, digər bir teatrda da. Bu siyahını uzatmaq olar.
Bəs teatrların ədəbi hissə müdirləri hara baxırlar? Onlara işləməyə imkan verirlərmi? Əlbəttə, yox və birdə yox. Bu da bir problemdir.
Belə məlum olur ki, teatrların strukturu dağıdılıb. Elə bil tərsinə çevrilib. Elə bil qəsdən hər şeyi dağıdıblar. Mən heç də bütün bunları özümə görə yox, gələcək nəsillər üçün deyirəm. Yeni ideyaları qorumaq lazımdır. Amma bəzən yeni ideyanı bilərəkdən məhv edirlər.
Mən vaxtı ilə “İlham” miniatür teatrı yaratmışdım. Bir neçə teatrdan istedadlı gəncləri bir araya toplamışdım. GTT-da bizə yer vermişdilər. Sonra bir neçə teatrı bu teatra birləşdirəndən sonra, bizim üçün problem yarandı. Teatra topladığım insanlar dağılışdılar. Beləliklə teatrın normal fəaliyyətinə bilərəkdən maneə törətdilər.
Teatrla bağlı problemlərdən danışırıqsa, bədii şura haqqında da danışmalıyıq. Bu çox ciddi məsələdir. Tam cəsarətlə deyə bilərəm ki, heç bir teatrda bədii şura yoxdur. Bəbii şura yerinə bütün məsələləri bir nəfər həll edir. Heç bir kollegialıqdan söhbət belə gedə bilməz. Əslində isə, bədii şurada çüxtəlif peşəkar insanlar olmalıdır ki, teatrın normal repertuarı haqqında fikir yürüdə bilsinlər. Teatrın bədii şurasında dramaturqlar, bəstəkarlar, rejissorlar, rəssamlar və aktyorlar olmalıdır.
Bu məqamda haşiyə çıxıb, daha bir məsələ ətrafında fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm. İlk baxışdan adi görünən bir məsələ, əslində çox ciddi məsələdir. Teatrlarda afişa məsələsi haqqında danışmaq istəyirəm. Afişa teatrın tarixidir. Teatr mütəxəssisləri teatrın tarixini afişalar vasitəsi ilə müəyyən edirlər. Afişalarda tamaşalarda əsas obrazları ifa edən aktyorların şəkilləri verilirdi. Afişalar aparıcı aktyorların şəkiləri ilə tamaşaçını teatra cəlb edirdi.
Konkret misal çəkim. İki il bundan əvvəl Musiqili Teatrda Faiq Sücəddinov ilə Tamara Vəliyevanın “Dəyərəm min cavana” tamaşasının afişasında bir neçə aktyorun şəkilləri verilirdi. Rəssam işləmişdi, rəhmətə gedib. Həmin afişa teatrın bədii şurasında təsdiq edilmişdi. Amma indi afişa plakat formasında hazırlanır. İndi afişada aktyorların şəkillərinin yerinə dollar şəkli verilir. Bu barədə soruşanda, mənə dedilər ki, yaşlı aktyorların şəkli nəyə lazımdır. Onlar bu gün var, sabah yoxdurlar. Utanmadan mənim üzümə dedilər...
Nə isə, milli teatrlarımızda problemlərimiz çoxdur. Ciddi işlər görülməlidir. Sabaha hesablanan işlər görməliyik. Və ən əsası isə, doğma teatrı sevməliyik. Dostlar, gəlin doğma teatrımızı sevək. Çünki, əsr yarım yol gəlmiş doğma teatr bu sevgiyə layiqdir.
Hələlik, bu qədər... Amma, əziz oxucular və teatrsevərlər, gələn yazımızda söhbətimizi davam etdirəcəyik...
Beləliklə, ardı var...
İlham Namiq Kamal
“Şöhrət” ordenli, Xalq artisti,
Professor, Prezident təqaüdçüsü
Baxış sayı: 561
Bölməyə aid digər xəbərlər

12-11-2026, 18:33
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
5-11-2026, 17:45
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
4-11-2026, 20:15
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
29-10-2026, 09:58
Bir şirkət Dolinaya sənətçinin görüntüləri üçün məhkəmə prosesini gözləmədən kompensasiya ödəyib
28-10-2026, 20:28
Qalkin "Qızıl Top" mərasiminə biletə təxminən 350.000 rubl xərcləyib
26-10-2026, 21:36
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
25-10-2026, 17:44
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
22-10-2026, 23:22
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
19-10-2026, 18:56
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18-10-2026, 21:58
Азербайджанская культура на XXIV Международном фестивале искусств «Ярославские гуляния»
18-10-2026, 21:39
Məşhur türk müğənnisi narkotik qaçaqmalçılığına görə on ilə qədər həbs cəzası ala bilər
15-10-2026, 19:13
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
6-10-2026, 20:04
Fazil Məmmədov nazir müavini təyin olundu
29-09-2026, 18:03
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
29-09-2026, 17:51
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər