12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakı məktəblisi Təhsil Naziri Emin Əmrullayev və tanınmış şəxslər qarşısında canlı ifası ilə hər kəsi valeh etdi
Tarix: 05-06-2022 01:08 | Bölmə: Mədəniyyət


İyunun 1-də Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konsert proqramı keçirilib.   
Sabaha-inamla.az xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən festival-müsabiqənin yekun tədbiri Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra orada keçirilən ilk respublika uşaq tədbiridir.
 Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında təşkil olunub. 
 Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib.

 Burada Bakı şəhəri Xətai rayonundakı 191 nömrəli tam orta məktəbin şagirdi İbrahim Quliyev sözləri Cəfər Cabbarlı, musiqisi Asəf Zeynallıya məxsus olan “Ölkəm” romansını ifa edib.
Sabaha-inamla.az Bakı məktəblisinin Təhsil Naziri Emin Əmrullayev və tanınmış şəxslər qarşısında canlı ifası ilə hər kəsi valeh edən görüntüsünü təqdim edir:

              



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər