12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ayaz Salayev sədr seçildi
Tarix: 24-05-2022 13:18 | Bölmə: Mədəniyyət

                     Ayaz Salayev sədr seçildi



Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
Kinostudiyadan “Qafqazinfo”ya verilən məlumata görə, beş nəfərdən ibarət olan Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri - aktrisa, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvləri dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirəcək.






Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər