Bütün xəbərlər
Əməkdar incəsənət xadimi vəfat etdi
Tarix: 12-05-2022 21:04 | Bölmə: Mədəniyyət

                  Əməkdar incəsənət xadimi vəfat etdi



Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat verib.
90 yaşlı Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.


Baxış sayı: 464


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya