19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İrəvandakı Azərbaycan abidələrinin hazırkı vəziyyəti - Fotolar+Video
Tarix: 07-05-2022 02:25 | Bölmə: Mədəniyyət
“Baqrataşen” keçid məntəqəsi arxada qaldı. Hava toranlaşıb. Ermənistanın bu hissəsində yol örtüyünün keyfiyyətinin mənim bura sonuncu səfərimlə müqayisədə xeyli yaxşılaşdığı dərhal görünür. Demək olar ki, Gürcüstan tərəfdən, məsələn, elə həmin Sadaxlıdakından pis deyil.
Yolum, redaksiyanın tapşırığına görə, ilk növbədə İrəvandan keçir, lakin 1918-ci ildə Ermənistanın paytaxtı olmuş Azərbaycan şəhərinə çatmaq Caliber.Az-ın jurnalisti üçün, hətta yarı-qanuni (təfsilata varmayaq, çünki ümid edirəm ki, bu, mənim “daşlar ölkəsinə” son səfərim deyil) olduqca mürəkkəb və riskli bir şeydir. Yaxşı ki, mənim ermənicəm yerli əhali ilə onlarda heç bir şübhə yaratmadan ünsiyyət qurmağa kifayət edir. Üstəlik, Ermənistana keçmiş səfərlərin təcrübəsi də var.
“Baqrataşen” keçid məntəqəsindən olan səyahət yoldaşım Karen köhnə “Jiquli”də məni Haqpat kəndi yaxınlığında düşürdü, çünki yollarımız burada ayrılırdı – o, Tsağkaşata, mən isə bir az da o yana, qədim Azərbaycan şəhəri İrəvana getməli idim. Bəs, yolda toz qaldıran nədir? Qaranlıqda görmək bir az çətindir. Amma “evrika”! Bunun taksi olduğu ortaya çıxdı; maşının üstündəki “lightbox” bunu sübut edir. Əlimi yellədim və yaxınlıqda əyləc səsi gəldi. Yaşlı sürücü ermənicə (təbii olaraq) “Hara getmək istəyirsən?” deyə soruşdu. “İrəvana”, - deyə cavab verdim. “Yox, səni İrəvana aparmayacağam”, - deyə sürücü əllərini yellədi - “Uzaqdı. Artıq evə gedirəm, ailəm gözləyir, oğlumun ad günü var, qonaqlar gəlib”.
Ancaq əllərimdə görünən külli miqdarda pul ailə şənliyinə qatılmaq istəyindən daha güclü oldu.
“Yerli deyilsən?”, - deyə sürücü şübhə ilə soruşdu.
“Cavakhandan. Amma son 15 ildir ki, Rusiyada yaşayıram. İndi orda çətin günlər başlayıb, ona görə də İrəvana baş çəkmək qərarına gəldim”, - deyə gözümü qırpmadan yalan danışdım. Görünür, inandırıcı idim: İrəvana yollandıq.
Caliber.Az jurnalistinin həyatını təhlükəyə ataraq Ermənistana niyə getməsi, yəqin ki, artıq oxucuları maraqlandırır. Aydınlaşdırım. Məqsədimiz son dərəcə aydındır - Azərbaycanın yerli xalqının mədəni və tarixi irsinin Ermənistanda necə məhv edildiyini açıq şəkildə göstərmək, həmçinin, erməni təbliğatının guya Ermənistanda vandalizmə yer olmadığı və başqasının tarixinin, mədəniyyətinin mənimsənilmədiyi barədə yalan iddialarını darmadağın etməkdir. Necə deyərlər, gedərik, görərik.
Ancaq əvvəlcə mövzudan bir qədər kənara çıxaq. Erməni vandallarının törətdikləri mədəni-tarixi soyqırımı təkcə Azərbaycanın Qarabağ bölgəsinə deyil, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin, yüzlərlə tarixi-memarlıq abidəsinin, karvansarayların, sarayların, məscidlərin, məqbərələr, türbələr, qəbiristanlıqların və s.-nin mövcud olduğu Ermənistan ərazisinə də yayılıb.
XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradılıb, azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar isə dağıdılıb.
Əgər XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid qeydiyyatdan keçmişdisə, indi müasir Ermənistan ərazisində yalnız bir məscid qalıb – xarici qonaqlara “fars” məscidi kimi təqdim olunan Göy məscid.
Beləliklə, mən İrəvan şəhərindəyəm və təbii ki, ermənilərin “fars” məscidi adlandırdıqları Göy məscidə heyran olmaq üçün dərhal əvvəllər Leninin, indi isə Mesrop Maştotsun adını daşıyan prospektə gedirəm. Ətrafda təəccüblü dərəcədə az adam var və bu, mənə Hüseynəli xan Qacar dövrünün əzəmətli binasının sükutundan və təfəkküründən həzz almaq üçün unikal şans verir.
Burada qeyd etmək yerinə düşərdi ki, ermənilər İrandan dəvət olunmuş mütəxəssislərin köməyi ilə məscidi yenidən qurub, divarlarına farsca yazılar qoyub və bununla da məscidi “farslaşdırıblar”. Eyni şeyi bir zaman özlərinin işğalı altında olan Şuşada həyata keçirməyə çalışdılar, hansı ki, bunu Şuşa məscidindəki “təzə” yazılar sübut edir.
Velosipedlə yanımdan keçən iki yerli oğlanın qışqırtıları məni xəyalımdan ayırdı. Hədəflərim çoxdur, daha da irəli getməliyəm.
Ermənilərin Kond adlandırdıqları məşhur Təpəbaşı məhəlləsinə yollanıram. Bura isə bir vaxtlar, erməni vandalizmindən əvvəlki zamanda Təpəbaşı məscidinin yerləşdiyi yerdir. Hazırda bura bərbad vəziyyətdə, yoxsul erməni ailəsi tərəfindən mənzil kimi istifadə olunur.
Bəzi məlumatlara görə, bu məscidi İrəvan şəhər hökumətinin üzvü, xan nəslinin nümayəndəsi İrəvan xanı Abbasqulu xan tikdirib. Onun evi də bu məhəllədə yerləşirdi. Ermənilər Abbasqulu xanın xaraba vəziyyətdə olan evini bu günə kimi “Xan evi” adlandırırlar. Məscidin həyətində və onun ətrafında ermənilər gecəqondular salıblar.
.jpg)
.jpg)
.jpg)
Yeri gəlmişkən, ermənilər arasında məşhur olan Kaskaddan keçdim (onların öyünməyə başqa heç nələri yoxdur). Əvvəlcə burada rus dilində danışanları eşidəndə təəccübləndim - ermənilər öz millətçiliyinə görə heç sovet vaxtında da rus dilində çox danışmırdılar. Amma sonra anlayırsan ki, bunlar “xüsusi əməliyyat”dan qaçan ruslardır. Yanımdan keçən erməni polisləri mənə fikir vermirlər və nədənsə həvəslə danışaraq ötürlər.
Erməni vandalizminin daha bir sübutu XVII-XVIII əsrlərdə tikilmiş və İrəvanın eyniadlı məhəlləsində yerləşən “Dəmirbulaq Məscidi”nin dağıdılmasıdır. 1988-ci ildə məscid yandırılıb, 1990-cı ildə isə yerlə-yeksan edilib. Bu gün bizim çəkdiyimiz kadrlardan da göründüyü kimi, burada “Rossiya” ticarət mərkəzi yerləşir. Simvolikdir. Vaxtilə müsəlman azərbaycanlıların burada yaşamasını artıq heç nə xatırlatmır.
.jpg)

Bu isə oğlu Pir-Hüseyn tərəfindən İrəvandan bir qədər aralıda, Cəfərabad kəndində tikdirilən “Əmir Səəd məqbərəsi”dir. Ancaq XV əsrin tarixi abidəsi qismən qorunub saxlanılmasında erməni “alicənablığının” rasional izahı var. Məsələ burasındadır ki, Ermənistanın rəsmi dairələri bu orta əsr məqbərəsini “Türkmən mavzoleyi” adlandırırlar. Eyni şəkildə İrəvandakı “Göy məscidi” də təmir-bərpa işlərindən sonra “farslarınkı” adlandırırlar. Azərbaycanlılar isə burada guya heç vaxt yaşamayıblar..
.jpg)

.jpg)
Abidənin yanında quraşdırılmış lövhədə türbənin Qaraqoyunlu dövlətinə aid olması barədə məlumat verilir. Eyni zamanda, əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğu göstərilir.

Bununla da abidənin Azərbaycana məxsusluğu inkar edilir ki, bu da açıq-aşkar saxtakarlıqdır. Çünki türk (türkmən) Qaraqoyunlu tayfaları müasir azərbaycanlıların əcdadlarından biri olub, Qaraqoyunlu dövlətinin tarixi isə Azərbaycan dövlətçilik tarixinin tərkib hissəsidir.
İrəvan qalasında, Sərdar (Xan) sarayının yaxınlığında yerləşən “Abbas Mirzə” və “Şah Abbas” kimi də tanınan “Sərdar məscidi”nin taleyi bundan az kədərli deyil. Mənbələrdə müxtəlif adların çəkilməsinə baxmayaraq, söhbət XVI əsrə aid eyni memarlıq abidəsindən – “Sərdar məscidi”ndən gedir.
İrəvanın digər maddi-mədəniyyət Azərbaycan abidələri kimi, bu məscid də Ermənistan hakimiyyəti tərəfindən hissə-hissə dağıdılıb. Çəkdiyimiz fotoşəkillərdə əks olunan uşaq meydançası və yaşayış binaları isə “Sərdar məscidi”nin yerində tikilib, baxmayaraq ki, bir neçə il əvvəl orada məscid divarının son qalığını görmək olardı.

İndi isə belə görünür:

Təbii ki, erməni vandalizmi ilə bağlı araşdırmalarımız təkcə İrəvanla məhdudlaşmırdı. Ermənistanın yarısını gəzdim və məni maraqlandıran hər şeyi sənədləşdirdim. Məsələn, mən Böyük Qarakilsə rayonunda yerləşən Arçut kəndində oldum. Sənədlərə görə, XIX əsrin sonlarında bu kənddə 40 həyət olub və 357 azərbaycanlı yaşayıb.
Sovet dövründə əhalinin sayı 1500-ə çatırdı. Kənddə üç qəbiristanlıq olub. Lakin 1988-ci ildə yerli azərbaycanlı əhali kənddən qovulub və bu gün orada ancaq ermənilər yaşayır. Təbii ki, onlar dərhal yerli məscidi dağıdıblar. Lakin qəbir daşlarının üzərində Azərbaycan dilində yazılar (ərəb qrafikası və kiril əlifbası) qorunub saxlanıb.
.jpg)

Akarak kəndi Üçkilsə yaxınlığındadır (ermənilərin öz adlarına görə Eçmiədzin adlandırdıqları Üçmüədzin). Vaxtilə burada da məscid olub. Görünür ki, onun dam örtüyü tamamilə dağılıb, binadan yalnız çöl divarların xarabalıqları qalıb. Amma ən iyrənci odur ki, məscidin ərazisi indi ermənilər tərəfindən zibillik kimi istifadə olunur. Əslində, niyə təəccüblənirik ki? Qarabağdakı məscidlərdən donuz tövləsi kimi istifadə edənlər üçün bu, olduqca normal bir təcrübədir.
.jpg)

.jpg)
Lori mahalında yerləşən və 12-ci əsrə aid olan “Loru Qala Məscidi”nin daha az bəxti gətirib - qonşular gözlərini qırpmadan onu erməni kilsəsinə çevirib.
Çəkdiyimiz kadrlarda məscidin daxili hissəsinin Şuşadakı “Gövhər Ağa məscidi”nin interyeri ilə böyük ölçüdə eyni olduğunu görmək olar. İndi onun üzərində ermənilərin saxtalaşdırmaq məqsədilə tamamladığı erməni milli elementləri görünür.
Üstəlik, göründüyü kimi, daha çox həqiqətə bənzəməsi üçün, məscidin yanında yerləşən müsəlman qəbiristanlığında məzar daşlarına erməni xaçları da əlavə ediblər. Guya burada yalnız ermənilər ibadət etdiyi üçün, müvafiq olaraq da yalnız onlar dəfn ediliblər.
.jpg)

Dərələyəz mahalının Ağkənd kəndinin yuxarısında yerləşən Səlim karvansarası da saxtakarlığa məruz qalıb. Bunu növbəti kadrlar sübut edir. Xalq arasında karvansara Şah Abbasın adı ilə çağırılıb. Fotolardan birində görə bilərsiniz ki, girişdə binanın Elxanilər hökmdarı Əbu Səid Bahadur Xan tərəfindən tikildiyi göstərilir.
Bu məqamda yəqin ki, 1918-ci ilə qədər Ağkənddə yalnız azərbaycanlıların yaşadığını vurğulamaq məqsədəuyğun olardı. Statistikaya görə, təkcə 1923-1925-ci illərdə kəndə ilk 172 erməni yerləşdirildi. Lakin 1988-ci ildə bütün azərbaycanlılar kənddən qovulduqdan sonra karvansaranın tarixi saxtalaşdırılaraq dünya ictimaiyyətinə erməni tarixi abidəsi kimi təqdim edilib.
.jpg)

.jpg)
Caliber.az
Baxış sayı: 623
Bölməyə aid digər xəbərlər

17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb