22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“İstəmirdim ki, atam bilsin” - Xərçəng olduğunu etiraf etdi + Video
Tarix: 06-04-2022 20:36 | Bölmə: Mədəniyyət

                      “İstəmirdim ki, atam bilsin”


Rəssam və heykəltaraş Aydan Salahova onkoloji xəstəlikdən əziyyət çəkdiyini etiraf edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, “Dojd” telekanalının təsisçisi və baş direktoru Natalya Sindeyevanın yutub layihəsində qonaq olarkən bildirib.
O, onkoloji xəstəliyini ictimaiyyətdən gizli saxlamasının səbəbini də açıqlayıb: “Çünki atam (SSRİ Xalq artisti Tahir Salahov-red.) sağ idi. Bu haqda danışmaq istəmirdim. İstəmirdim ki, o, narahat olsun”.
Rəssam onkoloji xəstəlikdən əziyyət çəkdiyini 2017-ci ildə öyrəndiyini deyib: “Bilirdim ki, bütün müalicəni keçəcəyəm, hər şey yaxşı olacaq, xərçəngdən çox qorxmurdum. Amma bilmirdim ki, şüa terapiyasından sonra belə əks-təsirləri olacaq, buna hazır deyildim”.
A. Salahova qeyd edib ki, əks-təsirlər səbəbindən üç ay “anlaşılmaz vəziyyətdə” olub: “Qorxdum, bunu beynimdə hesablamamışdım. Moskvada aldığım şüa terapiyasından sonra üç ay İtaliyada qaldım. Ola bilsin, İtaliyaya səfər etməyim səhv addım idi, mən çalışmalı idim”.
O, şüa terapiyası alarkən iki əsər fikirləşdiyini bildirib: “Gizli axşam” və “Pyeta”: “Getdim və gündə bir-iki saat işləməyə başladım, bu, çox ağrılı idi. Sonra Münhendə məni əks-təsirlərdən xilas edirdilər. Məni bitirməli olduğum işim ayaqda saxlayırdı”.

           



Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər