22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Qənirə Paşayeva "Oğuz yurdu Göyçə mahalı- Bala Məzrə kəndi" kitabının müəllifləri ilə görüşüb
Tarix: 29-03-2022 23:59 | Bölmə: Mədəniyyət

   Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Oğuz yurdu Göyçə mahalı. Bala Məzrə kəndi" kitabının müəllifləri Nizami Novruzov və Asif Quliyevlə görüşüb.
    Komitə sədri müəllifləri Novruz bayramı və 992 səhifəlik yeni ensiklopedik kitabları münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları diləyib.
   Müəlliflər Komitə sədrinə məlumat verib ki, "Oğuz yurdu Göyçə mahalı. Bala Məzrə kəndi" adlı kitabda doğma Azərbaycanımızın, o cümlədən böyük Türk dünyasınınn möhtəşəm söz-sənət ocaqlarından olan qədim Göyçə mahalının tarixi, mədəniyyəti həmçinin Bala Məzrə kəndinin dəyərli insanları haqqında biblioqrafik bilgilər, elmi, tarixi faktlar, publisitik düşüncələr və bütün kəndi əhatə edən fotolar toplanıb.
    Kitaba Millət vəkili Məlahət İbrahimqızı önsöz yazıb.
    Müəlliflər səmimi görüş, təbrik və qədim yurd yerlərimiz mövzusunda yeni layihələr üzrə fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
   Görüşdə "NƏFƏS" İB sədri Firəngiz Balakişiyeva və ictimai fəal xanımlarımızdan Vəsilə Abulova iştirak edib.

Sabaha-inamla.az







Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər