22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qənirə Paşayevanın Sumqayıt rəssamları ilə görüşü keçirilib
Tarix: 27-03-2022 23:59 | Bölmə: Mədəniyyət

    Sumqayıt şəhərindəki "ArtKotec"də Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın Sumqayıt rəssamları ilə görüşü keçirilib.
    Sabaha-inamla.az xəbər verir ki, 22 mart 2022-ci ildə baş tutan görüşdə Sumqayıtdan olan rəssamlar İntiqam Ağayev, Namiq Cavad, Nəsibə Şükürova, Rəhim Həşimov, Aydın Əsgərov, ABAD-çı rəssam İqbal Həsənəlizadə iştirak edib.
    İntiqam Ağayevin dəvəti qəbul edib, Sumqayıt rəssamları ilə görüşə gəldiyi üçün Komitə sədrinə təşəkkür edərək, Sumqayıtda yaşayıb-yaradan rəssamların sənət uğurları və qayğılarından söz açıb.
    Görüş səmimi ortamda keçib, geniş fikir mübadiləsi aparılıb.
    Komitə sədri rəssamların konkret problemləri, onların həlli və eyni zamanda mədəniyyətimizin inkişafı, onun beynəlxalq səviyyədə uğurlar qazanması haqqında düşüncələrini bölüşüb.
    Q.Paşayeva ustər "Şuşa İli" çərçivəsində, istər qarşıdakı digər illər ərzində respublikamızda və dünyada gedən dinamik proseslərdə sənət adamlarının yeri və görəcəyimiz işlər barədə mülahizələrlə çıxış edib, rəssamları yeni lahiyələrə səsləyib: "Milli dəyərlərin qorunması və inkişaf edilməsi bütün dünyaya Azərbaycanın necə təbiət və insani gözəlliklərə malik ölkə olması ilə yanaşı, onun bəşəri harmoniyaya xidmət edən sənət aləmini, estetik dəyərlərini də göstərməlidir. Azərbaycan böyük intellektual və yaradıcı potensiala malikdir və bu müsbət energetika ilə dünyada öz h     Bu görüşün təşəbbüskarı İntiqam Ağayev rəssam olmaqla yanaşı I Qarabağ müharibəsi qazisidir və müharibə mövzusunda irihəcmli maraqlı əsərləri məni çox duyğulandırdı. Belə əsərlər gənclərimizin vətənpərvərlik tərbiyyəsində geniş istifadə oluna bilər.
   Bir daha hər birinizi sənət uğurları və Novruz bayramı münasibətilə təbrik edir, yeni başarılar diləyirəm"!
    Rəssamlar səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Sabaha-inamla.az




Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya