22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Londonda Novruz bayramı qeyd olundu - Fotolar
Tarix: 22-03-2022 20:35 | Bölmə: Mədəniyyət

                     Londonda Novruz bayramı qeyd olundu


Londonda yaşayan Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycanlıları Cəmiyyətinin və azərbaycanlı gənclərin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun əməkdaşları, şəhər merləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, modelyer Zeynəb Kartal və başqaları dünya azərbaycanlılarını və türk dünyasını Novruz bayramı münasibətilə təbrik ediblər, sülh, nikbinlik və barış rəmzinə çevrilmiş qədim və ənənəvi bayramın xalqımızın və türk dünyasının həyatında rolundan danışıblar.
Tədbir zamanı Lord Evansa “Karabakh”, Sabri Özaydına isə “Azerbaijani Carpets” kitabları təqdim olunub.
“Qarabağ uşaqları” uşaq xorunun milli geyimli ifaçılarının Novruz bayramına həsr olunmuş maraqlı və şən musiqi kompozosiyası ilə davam edən tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.











Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya