22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Canana Mətanət İsgəndərli ilə barışmaq istəyir - Video
Tarix: 21-03-2022 22:07 | Bölmə: Mədəniyyət

                   Canana Mətanət İsgəndərli ilə barışmaq istəyir



Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Həmidova) onunla barışmaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində videomüraciət edib: “Bu bayramda küsülülər barışır. Mən də uşaqlarımın nənəsi Mətanət İsgəndərlidən xahiş edirəm ki, aramızdakı küsülülüyə son qoyaq. Barışıq istəyirəm. Mən də istəyirəm ki, bayramı balalarımla qeyd edim. Xahiş edirəm, balalarımı istəyirəm. Ev, mülk istəmirəm”.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana ötən il boşanıb və üç uşaq atada qalıb. Canana Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarını qəyyumluğunu alıb. Bu qərardan sonra Kərim Ali Məhkəməyə 
müraciət edib.

                    



Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər