22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Deputat Müşfiq Məmmədli piano ifa edən qızdan yazdı
Tarix: 18-03-2022 23:48 | Bölmə: Mədəniyyət


Ölkəmizdəki məktəblərdə istedadlı şagirdlər çoxdur. Onları gərək görəsən, üzrə çıxarasan, diqqətdə saxlayasan. Belə şagirdlərdən biri barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli yazıb.
Sabaha-inamla.az deputatın həmin yazısını oxucuların nəzərinə çatdırır:

"Fotoda gördüyünüz qızımız Arzu Əhmədova Ceyranbatanda musiqi məktəbinin şagirdidir. Dünən keçirilən sərgi yarmarkada iştirak edərək pianoda canlı klassik musiqilər ifa etdi. Övladlarımızın cəmiyyətə yararlı inteqrasiyası üçün valideynlər mütləq şəkildə əlindən gələni etməlidirlər. Onları maraq dairəsinə uyğun müxtəlif dərnəklərə yönəltmək lazımdır. Bu həm də bizim vətəndaş olaraq borcumuzdur".
Sabaha-inamla.az


Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya