22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində NOVRUZ BAYRAMI MÜNASIBƏTİLƏ KONSERT
Tarix: 17-03-2022 20:34 | Bölmə: Mədəniyyət


17 mart 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Novruz bayramı münasibətilə konsert keçirilmişdir.
    Sabaha-inamla.az xəbər verir ki, Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu qeyd etdiyi ən qədim və ən sevimli bayramlarından biridir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, muzeyin Qədim Musiqi Alətləri Ansamblı bayram münasibətilə hazırladığı konsert proqramını 44 günlük II Qarabağ müharibəsində xalqımıza qələbə sevincini yaşadan rəşadətli ordumuza, qəhrəman əsgərlərimizə, igid qazilərimizə həsr etmişdir.
    Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin elmi işçisi Xanım Şabanova çıxış etmişdir.
Konsertdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur) və solistlərinin: Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynovanın ifalarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, təsnif və rənglər səslənmişdir.

Sabaha-inamla.az














Baxış sayı: 428


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya