22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
XTQ-İN ŞƏHİD GİZİRİNİN AİLƏSİ ZİYARƏT OLUNDU
Tarix: 16-03-2022 23:45 | Bölmə: Mədəniyyət


16 mart 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və bir qrup mədəniyyət işçisi İmişli rayon Otuziki kəndində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşərək şəhid olmuş XTQ-in giziri Quliyev Əli Tədbir oğlunun ailəsini ziyarət edib.
Sabaha-inamla.azxəbər verir ki, şəhidin döyüş yolundan söhbət açan görüş iştirakçıları onun haqqında xatirələrini söyləmiş, qəhrəmanlığı nəsillərə örnək olacaq döyüşçünün haqqında valideynlərinin maraqlı söhbətlərini dinləmişlər.
Mədəniyyət işçiləri adından şəhid ailəsinə Novruz sovqatları hədiyyə olunub.













Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya