22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiyada müharibəyə qarşı çıxan artistlərə qadağa
Tarix: 16-03-2022 16:55 | Bölmə: Mədəniyyət

                   Rusiyada müharibəyə qarşı çıxan artistlərə qadağa



Rusiyada müharibəyə qarşı olan artistlərə qadağa qoyulub.
“Qafqazinfo” “Agentsvo” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan musiqiçilərdən biri məlumat verib.
Mənbənin sözlərinə görə, onlar ötən həftəsonu paytaxt barlarının birində çıxış etməyə hazırlaşırdılar. Konsertin əvvəlində təşkilatçılar onlara mahnılarının səsləndirilməsinə qadağa qoyulan musiqiçilərin siyahısını təqdim edib. Onlar arasında Svetlana Loboda, Vera Brejneva, Monatik, “Okean Elzı” qrupu və digərləri var.
Qadağaya, həmçinin müharibəyə qarşı olduqlarını deyən rusiyalı ulduzlar düşüb: Valeri Meladze, Maksim Qalkin və Boris Qrebenşikov.
Rusiyada qadağadan olunan artistlərin siyahısına daxil edilən müğənni Nadya Dorofeyeva sözügedən siyahını instaqram hesabında paylaşıb. “Bu siyahıda olmağımla fəxr edirəm”, - deyə o yazıb. İfaçı paylaşımına  #stopthewar , #standwithukraine həştəqlərini əlavə edib.








Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər