22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Atamın öldüyünü instaqramdan öyrəndim” - Video
Tarix: 14-03-2022 20:08 | Bölmə: Mədəniyyət

                    “Atamın öldüyünü instaqramdan öyrəndim”



Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy atası ilə bağlı xatirələrini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “O üz” proqramında danışıb: “Çox heyif ki, bu dünyanı tez tərk etdi. Onunla ənənəmiz var idi, hər il bir dəfə zooparka gedirdik və şəkil çəkdirirdik. Bu, 6 il davam etdi. Təhsilimlə çox maraqlanırdı. Deyirdi ki, yaxşı təhsil al, gələcəkdə bizə və ailənə yaxşı dəstək ola biləsən. Onun arzularını yavaş-yavaş yerinə yetirəcəyəm”.
O, atasının ölüm xəbərini sosial şəbəkədən öyrəndiyini deyib: “Aqustun 23-24-ü kəndimizə getdik. Nənəmgilin dəfn olunduğu qəbiristanlıq var. Nə zaman qəbiristanlığa getsək, oranı özü təmizləyirdi və mənə də kömək üçün icazə verirdi. Bu dəfə icazə vermədi, tək özü etdi. Özünün dəfn olunduğu yeri də təmizlədi.
Atam ağır halda xəstəxanaya aparıldı, amma sağalacağına inanırdım. Gecə 10-a qalırdı, instaqramı açdım, birinci atamın şəkli gəldi və “Allah rəhmət etsin, çox heyif” yazılmışdı. Onda bütün dünya başıma uçdu. Sonra evdəkilərdən zəng gəldi ki, atanın vəziyyəti ağırdır, gəl bura. Onda anladım ki, atam vəfat etdi. Bir gün olacaqdı, amma belə tez olacağını bilmirdim”.


             


Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya