Bütün xəbərlər
Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrının kollektivi ilə sağollaşıb
Tarix: 13-03-2022 00:40 | Bölmə: Mədəniyyət


YUĞ Dövlət Teatrında kollektivin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov kollektivi 10 Mart Milli Teatr Günü münasibəti ilə təbrik edib. O, bildirib ki, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmrinə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Beş ilə yaxın bir müddət ərzində YUĞ Dövlət Teatrının baş rejissoru kimi fəaliyyət göstərən Mehriban Ələkbərzadə çıxış edərək kollektivə öz təşəkkürünü bildirib və qeyd edib ki, bu teatr onun üçün çox doğma bir məkana çevrilib. Rejissor YUĞ Teatrının kollektivi ilə bir yolu getdiyindən məmnun olduğunu deyib və bu teatrın qorunub-saxlanılmasının və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. M.Ələkbərzadə teatrın tezliklə stasionar bina ilə təmin olunmasına inamını ifadə edib və bunun Mədəniyyət Nazirliyinin gündəliyində duran əsas məsələlərdən biri olduğunu deyib.
Sonra çıxış edən kollektivin üzvləri Mehriban Ələkbərzadəyə YUĞ Teatrında səmərəli fəaliyyətinə görə minnətdarlıq edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sabaha-inamla.az










Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya