Bütün xəbərlər
YUĞ Dövlət Teatrının aktrisası Sonaxanım Mikayılovanın yubileyi qeyd olunub
Tarix: 13-03-2022 00:00 | Bölmə: Mədəniyyət


Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində YUĞ Dövlət Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Sonaxanım Mikayılovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YUĞ Dövlət Teatrının, Azərbycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin əməkdaşları, aktrisanın sənət yoldaşları, muzey əməkdaşları, media nümayəndələri, yubilyarın ailə üzvləri və dostları iştirak edib. Tədbiri giriş sözü açan Teatr muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarxı təqdim edib. Aktrisanın oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər maraqla qarşılanıb. Sonra muzeyin elmi katibi Aytən Məmmədova tədbiri davam etdirərək aktrisanın sənət fəaliyyətindən ətraflı söhbət açıb və tədbir iştirakçılarına söz verib.
Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Dövlət YUĞ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov, Xalq artisti Həmidə Ömərova, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Gülzar Qurbanova Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Mədəniyyət Nazirliyinin Teatr sektorunun əməkdaşı Günay Hümbətova, Yuğ Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov, rejissor Gümrah Ömər və başqaları Sona xanımı ad günü münasibətilə təbrik edib və yubilyarla bağlı öz ürək sözlərini bölüşüblər.
Eləcə də yubilyarın şərəfinə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi kollecinin tələbəsi Məryəm Babayeva musiqi nömrələri ilə çıxış edib. Onu tarda Rəsul Məmmədov, kamançada Elvin Qədimov, nağarada Mircabbar Ağalarov müşayiət ediblər. Qonaqlar həmçinin Bakı Musiqi Akademiyasının tələbəsi Toğrul Abdullayevin skripkada ifasında Fikrət Əmirovun “Muğam poeması”nı da dinləyiblər.
Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkilib.

Sabaha-inamla.az


















Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya