Bütün xəbərlər
Buzova 23 milyon izləyicisi ilə belə vidalaşdı - Foto
Tarix: 11-03-2022 22:21 | Bölmə: Mədəniyyət

                    Buzova 23 milyon izləyicisi ilə belə vidalaşdı



Məşhur rusiyalı teleaparıcı və müğənni Olqa Buzova İnstaqram izləyiciləri ilə vidalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Buzova 23 milyondan çox izləyicisi ilə İnstaqram hesabında paylaşdığı vida yazısı ilə sağollaşıb. 
 “Əzizlərim, 2012-ci ilin sonundan buradayam və baş verən hər şeyi paylaşdım... xoşbəxtliyimi, sevgimi, boşanmamı və ağrımı, yaradıcılığımı, qələbələrimi və məğlubiyyətlərimi, eniş-yoxuşlarım... Hamınız mənimsiniz. ... mənim xalqım... Mən fəxr edirəm ki, yeddi ildir yaratdıqlarımızı əlimizdən ala bildikləri anda biz instaqramda bir nömrəyik”, - Buzova yazıb.
Müğənni izləyicilərinə sevgisini bir daha etiraf edib və onlara bu illər ərzində göstərdikləri sevgi və dəstəyə görə təşəkkür edib:
"İndi mən yazı yazıram və ağlayıram, ümid edirəm ki, bu doğru deyil və biz burada qalacağıq...”. 
Qeyd edək ki, Roskomnadzor Rusiyada İnstaqram sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Bu qərara səbəb platformanın sahibi olan Amerikanın Meta (keçmiş Facebook) şirkətinin platformada ruslara qarşı zorakılıq çağırışları ilə bağlı yazıların dərcinə icazə verməsi olub.

 




Baxış sayı: 440


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya