Bütün xəbərlər
Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Türkiyənin Ərzurum şəhərinə yola düşüb
Tarix: 09-03-2022 23:05 | Bölmə: Mədəniyyət

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Türkiyənin Ərzurum şəhərinə yola düşüb.
   Naxçıvan Dövlət Musiqili Dram Teatrından Sabaha-inamla.az-a verilən məlumata görə  K. Çapekin "Ana" dramı ilə onlar türkiyəli sənətsevərlər qarşısında çıxış edəcəklər. Mart ayının 10-da Azərbaycan Milli Teatr Günü oynanılacaq tamaşanın qardaş ölkədə ilk premyerasıdır.
    Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi də iştirak edəcək.      Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu və onun rəhbəri Nuru Quliyevin təşəbbüsü ilə baş tutan qastrol səfəri bu il ölkəmizdə "Şuşa ili" elan olunması münasibətilə qardaş ölkəyə təşkil edilib.
   Kollektivə uğurlar arzulayırıq!
Sabaha-inamla.az














Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya