Bütün xəbərlər
İmişlidə dəhşətli qəzada ölən müğənni imiş... - Foto
Tarix: 06-03-2022 16:04 | Bölmə: Mədəniyyət

                    İmişlidə dəhşətli qəzada ölən müğənni imiş...



Martın 4-də İmişlidə baş verən dəhşətli qəzada ölən şəxsin müğənni olduğu müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, bu, Cəlilabad sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğludur.
Belə ki, ifaçı həmin gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə Bəxtiyar Abasov həlak olub.
Faktla bağlı araşdırma aparılır.





Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya