Bütün xəbərlər
“Biz iti addımlarla düz cəhənnəmə doğru gedirik!”
Tarix: 02-03-2022 14:54 | Bölmə: Mədəniyyət

                   “Biz iti addımlarla düz cəhənnəmə doğru gedirik!”


Rusiyanın Əməkdar artisti Anjelika Varum Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı instaqram hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o yazıb: “Cari hadisələrin nəticəsindən asılı olmayaraq, biz iti addımlarla düz cəhənnəmə doğru gedirik! Daha doğrusu, biz ümumbəşəri standartlara əsasən artıq cəhənnəmdəyik! Kimin günahkar olduğunu gələcək nəsillər müəyyən edəcək, əgər təbii ki, sağ qalsalar”.
“Mənim hər iki ölkə liderindən tələbim - dərhal danışıqların növbəti mərhələsinə başlamaqdır. Vasitəçilər olmadan! Bu, bizim işimizdir! Bu, vətəndaşlarımızın həyatıdır!”, - deyə o əlavə edib.
A.Varum, həmçinin qeyd edib ki, aydın səbəblərə görə: qəzəb və aqressiyanın artmaması üçün paylaşımın şərh bölümünü bağlayır.


Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya