22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Bacım azan vaxtı dünyasını dəyişdi" - Aynur Dadaşova
Tarix: 01-03-2022 23:25 | Bölmə: Mədəniyyət

"Bacım azan vaxtı dünyasını dəyişdi" - Aynur Dadaşova



"Mənə dedi ki, gedək pəncərənin önünüdə söhbət edək. Sənə sual verəcəm, amma düzgün cavab ver, məni aldatma, çünki youtubda hər şeyə baxmışam dedi. Ardınca sualını verdi ki, ölüm necə olur? Dedim sənin qəbrin evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova “O üz” verilişində deyib. İfaçı bacısı Günelin ölümdən danışıb:
“Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxti dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi, sonra təkrar düzəlirdi. O heç vaxt odeyalla yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı, mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüdür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.


             



Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər