Bütün xəbərlər
Həbsdən çıxan rusiyalı repçidən Ukraynaya dəstək - "Möhkəm olun"
Tarix: 01-03-2022 23:16 | Bölmə: Mədəniyyət

Həbsdən çıxan rusiyalı repçidən Ukraynaya dəstək - "Möhkəm olun"



"Kizaru" ləqəbi ilə məşhurlaşan rusiyalı repçi Oleq Neçiporenko həbs olunubmuş. 
Axşam.az xəbər verir ki, bu barədə repçi İnstaqram səhifəsində məlumat verib. Dörd ay həbsdə olduğunu bildirən sənətçi Rusiyanın hərbi əməliyyatlarına məruz qalan Ukraynaya dəstək olub:
"Çoxunuz sual verirdiniz ki, "Kizaru" haradadır. Noyabrın 14-də İnterpol məni Almaniyada saxladı və 4 ay müddətində azadlıqdan məhrum etdi. Yeni ili də həbsxanada qarşılamışam. Özümə gəlim, tezliklə əlaqə saxlayacam. Ukraynadakı bacı-qardaşlar, möhkəm olun".
Qeyd edək ki, daha əvvəl "Kizaru"nun adı İnterpolun axtarışda olan cinayətkarları siyahısında idi. O, 2014-cü ildə narkotik ticarətində günahlandırıldığı üçün Barselonaya köçmüşdü.



Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya