Bütün xəbərlər
ABŞ-ın məşhur teatrı Netrebko ilə əməkdaşlığı dayandıracaq
Tarix: 28-02-2022 16:23 | Bölmə: Mədəniyyət

                 ABŞ-ın məşhur teatrı Netrebko ilə əməkdaşlığı dayandıracaq


ABŞ-ın “Metropoliten” opera teatrı Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən rusiyalı artistlərlə əməkdaşlığı dayandıracaq.
“Qafqazinfo” xəbər verir ki, bunu “The New York Times”a müsahibəsində teatrın direktoru Piter Qleb bildirib:
“Rusiya və Birləşmiş Ştatların incəsənət işçiləri və mədəniyyət müəssisələri arasında çoxdan mövcud olan səmimi dostluğa və mədəni mübadiləyə möhkəm inanmağımıza baxmayaraq, artıq Putini dəstəkləyən və ya onun tərəfindən dəstək alan artist və ya institutlarla qarşılıqlı əlaqə qura bilmərik”.
Qeyd edək ki, teatrın ən məşhur solistlərindən biri rusiyalı opera ifaçısı Anna Netrebkodur. O, Vladimir Putinin addımlarını dəstəkləməsi ilə tez-tez gündəmə gəlir. Hələ ötən ilin sentyabrında P. Qleb teatrı A. Netrebkosuz təsəvvür etməyin mümkün olmadığını açıqlamışdı.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya