Bütün xəbərlər
Zelenski haqda dediyi sözlərə görə tənqid olundu
Tarix: 25-02-2022 13:38 | Bölmə: Mədəniyyət

                 Zelenski haqda dediyi sözlərə görə tənqid olundu


Əməkdar incəsənət xadimi Məlahət Abbasova Ukrayna Prezidenti Vladimir Zelenski haqda dediyi sözlərə görə tənqid olunub.
“Qafqazinfo” xəbər verir ki, aktrisa “show_news” instaqram səhifəsində Zelenski haqda paylaşımın şərhində “Zelenski aktyor, ssenarist və rejissordur. Yumorist siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqsan” sözlərini qeyd edib.
Abbasovanın bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ona “Yazdıqlarınız çox zalımdır, Ukraynada insanlar ölür”, “Məsum insanlar öldürülür”, “Sən də aktrisasan, nə başa düşürsən siyasəti?” və s. cavablar yazıblar.


Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya