Bütün xəbərlər
Həyatı haqda memuarlarından 15 milyon qazanacaq
Tarix: 23-02-2022 12:44 | Bölmə: Mədəniyyət

                  Həyatı haqda memuarlarından 15 milyon qazanacaq



Dünya şöhrətli amerikalı pop-müğənni Britni Spirs öz memuarlarının dərc olunması üçün “Simon & Schuster” nəşriyyatı ilə müqavilə imzalayıb.
“Qafqazinfo” “PageSix”ə istinadən xəbər verir ki, onun qonorarı 15 milyon dollar (25 500 000 AZN) təşkil edəcək və avtobioqrafiyadan əldə olunan ən böyük gəlirdən biri olacaq.
Eyni məbləği 2001-ci ildə ABŞ-ın eks-prezidenti Bill Klinton “Mənim həyatım” kitabına görə almışdı. İndiyədək ən yüksək qonorarı isə Obama cütlüyü alıb (60 milyon dollar).
Britni avtobioqrafiyasında karyerası, qohumları ilə münasibəti və atasının qəyyumluğu altında olan həyatından danışacaq. Müğənninin memuarları bacısı Ceymi Linin “Things I Should Have Said” adlı kitabına cavab olacaq. Həmin kitabda Ceymi Lin bacısının davranışlarını “paranoidal” və “idarəolunmaz” adlandırır.


Britni Spirs və bacısı Ceymi Lin, 2003-cü il


Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya