22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Evini düzəldəcəkdim, çox yuxarıdan getdi” - Video
Tarix: 22-02-2022 11:37 | Bölmə: Mədəniyyət

                     “Evini düzəldəcəkdim, çox yuxarıdan getdi”


Bir müddət əvvəl pərəstişkarlarından birinin ev şəraitini yaxşılaşdırmaq qərarına gələn müğənni Şəbnəm Tovuzlu fikrindən daşınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “MTV Xəbər”ə müsahibəsində danışıb. İfaçı addımını bununla izah edib: “O ev söhbətinə canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, kuxna, hamam. Hesabladım, 18-20 min manata gəlib çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetik edəcəkdim. Açığı, vaz keçdim. Çünki o insan başqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm”.
Tovuzlu, həmçinin yutub kanalından əldə etdiyi gəlirini açıqlayıb: “Oradan gələn gəlirə heç bir şübhəm yoxdur, çünki mənim milyonluq kliplərimin gəliridir. Ən azı 5000 dollar olur”.


              



Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər