22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“İbrahim Tatlısəs olmasaydı, bura gələ bilməzdim” - Video
Tarix: 21-02-2022 13:45 | Bölmə: Mədəniyyət

               “İbrahim Tatlısəs olmasaydı, bura gələ bilməzdim”



Müğənni Günel Zeynalova Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsin aparıcısı olduğu “İbo Show”da qonaq olub.
“Qafqazinfo” xəbər verir ki, Tatlısəs Zeynalovanı təqdim edərkən Azərbaycanı və azərbaycanlıları çox sevdiyini deyib.
İmperator Günellə tanışlığını belə xatırlayıb: “Azərbaycana konsert verməyə getmişdim. Səhnəyə çıxdım, qiyamət qopur, zal dolu. Səhnənin önündə isə 15-20 qız rəqs edirdi. Lakin diqqətimi o (Güneli nəzərdə tutur-red.) çəkdi. Diqqətimi çəkmək üçün əlindən gələni edirdi. Şeytan... Onu səhnəyə çağırdım. Dedi ki, mahnı oxumaq istəyirəm, Sibel Canın “Padişah”ını”.
Həmin anları gülümsəyərək xatırlayan Zeynalova Tatlısəsə “Biz sizi çox sevirik. Azərbaycandan sizə salam gətirmişəm. Allah səni mənə çox görməsin, başımdan əskik olmayasan. Sən olmasaydın, mən bura gələ bilməzdim”, - deyə cavab verib.

             



Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər