22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Ərim öz pulumla aldığımı yeməyə qoymurdu” - Video
Tarix: 14-02-2022 12:01 | Bölmə: Mədəniyyət

                  “Ərim öz pulumla aldığımı yeməyə qoymurdu”



Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşı barədə açıqlamalar verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. İfaçının sözlərinə görə, əldə etdiyi qazancından bir qədər xərcləyəndə eks-əri ona acıqlanırdı:
“Toydan sonra yorğun gəlir, qazandığım pulu tökürdüm masanın üstünə. Mən yatırdım, o isə pulları sayırdı. Evdə nə qədər pulun olduğunu bilmirdim. Desəydi ki, min manat pul var, biləcəkdim ki, mindir. Bəlkə də, iki mindir, mini qoyacaqdı cibinə. Çox sadəlövh idim. Onun üstündən beş manat xərcləyirdim. Deyirdi ki, beş manatı nə etmisən? Hələ bir dəfə limon yemişdim. Dedi ki, limonun biri hanı? Halbuki mənim pulumla alınmışdı. Mənim həyatım faciədir”.
Musayevanın sözlərinə görə, eks-həyat yoldaşı evdəki düyü, şəkər tozunun miqdarını ölçür, qeydlər aparırmış: “Mən isə bilmirdim. O vaxt vəziyyət bir az pis idi, qonşunun uşaqlarına pesok, düyü verirdim. Bir dəfə gəlib görüb ki, düyü azalıb, evdə isə həmin gün düyü bişməyib. Dedim ki, qonşunun uşaqlarına vermişəm. Hirslənirdi. Başıma gələn heç kimin başına gəlməsin. Biri var ki, qazanmayasan, kişinin gətirdiyinə baxasan, biri də var ki, qazanasan, o qazandığına danışsınlar. Axı belə insan olmaz”.
O, bütün bunlara baxmayaraq, nikahının 7 il davam etməsini belə izah edib: “O vaxt müğənnilərə pis baxırdılar. Deyirdim ki, yoldaşımdan ayrılaram, adıma pis söz gələr”.


            



Baxış sayı: 469


Bölməyə aid digər xəbərlər