22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fəhləlikdən səhnəyə uzanan yol... - Bakıda bada gedən o möhtəşəm səs+Video
Tarix: 13-02-2022 20:44 | Bölmə: Mədəniyyət

                    Fəhləlikdən səhnəyə uzanan yol...


Belə hadisələr adətən Hollivud filmlərində olur: bir şəxs konservatoriyanı bitirir, ardınca operanın vətəni İtaliyada musiqi üzrə magistr təhsili alır və vətəninə qayıdıb restoranlarda oxuyaraq pul qazanır. Sonradan onu oxuduğu restoranlarda ya milyonçu, ya dövlət adamı, yaxud da bir rejissor görür və o gündən həmin şəxs üçün yaşıl işıqlar yanmağa başlayır.
Ancaq okeanın o tayında filmlərdə cərəyan edən belə mövzular Bakıda real həyatda baş verir. 
“Qafqazinfo”nun əməkdaşlarının görüşərək söhbətləşdiyi “film”imizin qəhrəmanı Nofəl Aslanovdur, bəli o, Azərbaycan Milli Konservatoriyasını bitirib, ardınca İtaliyada magistr təhsili alıb, indi isə Mədəniyyət və İncəsənət Universitetində vokalist ixtisasına yiyələnir.
Bütün bu nailiyyətləri və möhtəşəm səsi ilə yanaşı Nofəl restoranlarda oxumaq məcburiyyətindədir. Həmin restoranda olarkən, oxuduğu mahnıları dinləyərkən paradoksal durum istər-istəməz insanı narahat edir; bəli, elə səsi restoranda eşitmək doğru deyil.
Hollivuddan nümunə gətirdik, lakin filmlərdə heç olmasa, sonda biri həmin səsə sahib çıxır, bizim qəhrəmanımız isə sonu xoşbəxtliklə bitməyən serialına davam edir. 
           







Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər