Bütün xəbərlər
Finlandiya mediasında gənc musiqiçi soydaşımızın uğurundan bəhs olunub
Tarix: 10-02-2022 21:30 | Bölmə: Mədəniyyət


Finlandiyanın “https://www.espoo.fi” xəbər saytında bu ölkənin Espoo şəhərində yaşayan gənc soydaşımız Aylin Cabbarovaya həsr olunmuş məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Elli Perttilyanın qələmə aldığı “Məktəb xorundan səsini artistliyədək yazdıran – Aylinin hekayəsi” sərlövhəli məqalədə soydaşımızın peşəkar musiqiçi olmaq arzusundan, 8 yaşında öz dostları ilə birlikdə musiqi qrupu yaratmasından, 12 yaşında olarkən “Səs uşaqlar” (“The Voice Kids”) beynəlxalq musiqi müsabiqəsində uğurlu iştirakından, konsertlərdə çıxışlarından, uzun fasilədən sonra isə pandemiya məhdudiyyətləri dönəmində mahnılar bəstələyib, instaqram səhifəsində paylaşmasından, 2021-ci ildə Aylinin səsyazma şirkəti ilə müqavilə imzalamasından, onun məktəb məzunlarına həsr etdiyi “Kun Etikseen sä astut” (“Siz içəri girəndə”) adlı mahnının populyarlıq qazanmasından bəhs olunub.
Qeyd edək ki, 19 yaşlı Aylin Cabbarova Azər-Türk gənclər təşkilatının fəal üzvüdür.



Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya