Bütün xəbərlər
Türkiyəli aktyor adını dəyişdirib dindar oldu - Video
Tarix: 10-02-2022 20:30 | Bölmə: Mədəniyyət

                     Türkiyəli aktyor adını dəyişdirib dindar oldu


Məşhur türkiyəli aktyor Meriç Erkan adını dəyişdirib, dindar olub. 
“Qafqazinfo” xəbər verir ki, adını “Mahmud” edən Meriç Erkan “Yeni Şafak”a açıqlamasında “Nasuh tövbəsi” etdiyini, başqa bir həyata başladığını açıqlayıb:
“Necə belə bir həyatı yaşamışdım. Qurban olduğum Allahım sözündən dönməz, o məni bağışladı.
Kimsə peşman olacağı şeyləri etməsin, sonra çox məyus olar. Allahdan belə rəhmli bir Rəbbimiz var.  
Mən eyni adamam, eyni bədən, amma həyat insanı başqa tərəflərə çəkir. Daha öncəki konseptim, şoumenlik və s., təbii insan... Bu bir konsept deyil, bu başqa bir şeydir... Rəbbimlə aramdakı bir hesablaşma... Bir şeyin fərqinə varırsınız və bunu son nəfəs gəlmədən edirsiniz.
Rəbbim deyir ki, “Bir günahına tövbə edib onu bir daha təkrar etməyəni mən bağışladım”. Mən də deyirəm ki, O, sözündən dönməz... Amma mən özümü yaramazlıq edərəm, günahlarıma davam edərəm, tövbəmi pozaram, onda da cəzamı alaram”.

             


Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya