Bütün xəbərlər
Əməkdar rəssam vəfat etdi
Tarix: 08-02-2022 22:02 | Bölmə: Mədəniyyət

                   Əməkdar rəssam vəfat etdi



Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Əməkdar rəssam, professor Fikrət Həşimov vəfat edib.
Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.
Sənətkar 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F. Həşimov 1948-ci il fevralın 19-da Şahbuzda anadan olub. 1968-ci ildə Ə. Əzimzadə adıma rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 2002-ci ildə “Əməkdar rəssam” fəxri adı ilə təltif edilib. Onun dünyanın bir çox sərgi mərkəzlərində, rəsm qalereyalarında 30-dək sərgisi təşkil edilib.


Baxış sayı: 457


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya