22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fatma Girikin baxıcısına cinayət işi açıldı
Tarix: 08-02-2022 03:27 | Bölmə: Mədəniyyət

                   Fatma Girikin baxıcısına cinayət işi açıldı


Türkiyənin əfsanəvi aktrisası Fatma Girikin ölümünə görə əcnəbi baxıcısına qarşı cinayət işi açılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum aktrisanın qardaşı qızı Fatma Ahu Turanlı vəkili vasitəsilə onun xarici ölkə vətəndaşı olan baxıcısı Gözəl Yazıyevanın koronavirus əlamətlərinin olmasına baxmayaraq, Girikə qulluq etdiyi iddiasını irəli sürüb.
Mövzu ilə bağlı şikayət ərizəsində Fatma Girikin baxıcısı Gözəl Yazıyevanın xəstəlikdən şübhələndiyi, işə gəlməmişdən əvvəl dövlət xəstəxanasında pulsuz PCR müayinəsi etmək imkanı olduğu, lakin yerinə yetirməyərək, bunu gizlətdiyi qeyd olunub.
Müraciətdə baxıcı Gözəl Yazıyevanın “ehtiyatsızlıq və ehtiyatsızlıq nəticəsində ölümə səbəb olması” maddəsi ilə mühakimə olunması tələb edilib.
Fatma Ahu Turanlının vəkili Taşkın Kurt cinayət işi açıldıqdan sonra İstanbul Ədliyyə Sarayı qarşısında açıqlama verib:
“Bildiyiniz kimi, Fatma Girikə qarşı, xüsusən də ölümündən sonra qardaşı qızını ittiham etmək üçün çox ciddi cəhdlər olub. Bu şəxs, baxıcı Gözəl Yazıyeva xüsusən də bəzi KİV-lərə verdiyi müsahibələrdə ağlamaq və timsah göz yaşları ilə bəzi ittihamlar səsləndirib.
Biz bu şəxsə qarşı cinayət işi qaldırırıq. Çünki əsas ittiham hökmü var. Bildiyiniz kimi, bu mərhələdə hər kəsin üzərinə düşən xəstə olduğunu hiss etdiyi an əvvəlcə test verməli, tədbir almalıdır. Təəssüf ki, bu qadın buna həssas yanaşmayıb”.
Vəkil qeyd edib ki, baxıcı qadın koronavirus testinin pozitiv çıxmasına baxmayaraq, F.Girikin dəfn mərasimində iştirak edib.
Qeyd edək ki, F.Girik COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat edib.



Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər