22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“İkinci baharımı yaşayıram” - Tünzalə
Tarix: 04-02-2022 21:19 | Bölmə: Mədəniyyət

                    “İkinci baharımı yaşayıram”


Xalq artisti Tünzalə Ağayeva ikinci baharını yaşadığını etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişinə müsahibəsində danışıb.
O, sevgiyə ehtiyacı olduğunu deyib: “Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çiçəkdir, ağacdır. Onun hər zaman bəslənməyə ehtiyacı var. Bəhram Bağırzadə (Əməkdar artisti-red.) mənə deyir ki, sənə nə olub, aşiq olmusan? Deyirəm, hə...”.
Müğənni sevdiyi insanın kimliyini açıqlamayıb: “Mənim bunu söyləməməyə böyük haqqım var. Mənə görə desəm, heç nə dəyişməyəcək. Adını çəkməyəcəm. Hamının həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. "O, filankəsdir, adı, yaşı budur" deməmişəm. 20 ildir demədim, deməyəcəyəm də... Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram".
Qeyd edək ki, T.Ağayeva bir dəfə ailəli olub, bir qız övladı var. 



Baxış sayı: 633


Bölməyə aid digər xəbərlər