Bütün xəbərlər
Anar Kərimov Gəncədə bir sıra mədəniyyət müəssisələrinə baş çəkib - Fotolar
Tarix: 04-02-2022 21:03 | Bölmə: Mədəniyyət

                      Anar Kərimov Gəncədə bir sıra mədəniyyət müəssisələrinə baş çəkib


Fevralın 3-də Gəncə şəhərinə səfər edən mədəniyyət naziri Anar Kərimov burada bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində Anar Kərimov Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət edib.  
Daha sonra Nizami Gəncəvi Muzeyinə baxış keçirən nazirə burada yaradılan mütəfəkkir şairin həyat və fəaliyyəti haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü barədə Anar Kərimova məlumat verilib. Anar Kərimov Gəncə Dövlət Dram Teatrının bu günlərdə istifadəyə verilən yeni binası ilə tanış olub. Gəncə Dövlət Kukla Teatrına gələn nazir burada kollektivin iş şəraiti ilə tanış olub.
Daha sonra Gəncə Kinoteatrı ilə tanış olan Anar Kərimova müəssisənin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə yeni layihələrin hazırlanması ilə bağlı məlumat verilib.
Səfər çərçivəsində Anar Kərimov F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına baş çəkib, Gəncə regionunun mədəniyyət ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
Sonda filarmoniyanın “Şuşa İli”nə həsr olunmuş konsert proqramı təqdim olunub.










Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya