Bütün xəbərlər
Əməkdar mədəniyyət işçisi vəfat etdi
Tarix: 03-02-2022 22:40 | Bölmə: Mədəniyyət

                     Əməkdar mədəniyyət işçisi vəfat etdi


Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun 66 il çalışdığı Azərbaycan Televiziyasının (AzTV) sosial media hesablarında məlumat verilib.
O, 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, N.Şıxəliyev 1934-cü il oktyabrın 14-də Bakıda anadan olub. AzTV yaranan gündən (1956) burada çalışıb. Əmək veteranı olan N. Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 1981-ci ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2006-cı ildə isə “Tərəqqi” medalına layiq görülüb.
                



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya