Bütün xəbərlər
Anar Kərimov Zərifə Salahovanın yubileyini təbrik etdi - Fotolar
Tarix: 03-02-2022 14:15 | Bölmə: Mədəniyyət

                    Anar Kərimov Zərifə Salahovanın yubileyini təbrik etdi



Fevralın 2-də Zərifə Salahovanın anadan olmasının 90 illik yubileyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri onun 20 il bundan əvvəl yaratmış olduğu İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinə gələrək Zərifə xanımı təbrik edib.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Z.Salahovanın Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak etdiyini və onun fəaliyyətinin həm dövlətimiz, həm də xarici ölkələr tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Həmçinin 1 fevral tarixində Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib.
Zərifə xanım diqqətinə görə nazirə minnətdarlığını bildirib və onu yaratdığı muzeyin kolleksiyası ilə tanış edib. Daha sonra nazir “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Zərifə Salahovaya təqdim edib. Sonda nazir Zərifə xanımın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Z.Salahovanın 2002-ci ildə əsasını qoyduğu Miniatür Kitab Muzeyində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8500-dən çox miniatür kitab saxlanılır. 









Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya