Bütün xəbərlər
Natiq Şirinov oğluna 3 gün toy edəcək
Tarix: 02-02-2022 19:53 | Bölmə: Mədəniyyət

                     Natiq Şirinov oğluna 3 gün toy edəcək



Bu gün “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toyudur.
“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, sənətçinin musiqiçi oğlu Alim Qasımovun nəvəsi Fatimə ilə nikah masasına əyləşəcək.
Onların xoş gününə incəsənət və digər sahələrin tanınmış simaları dəvət olunub. 
N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.
Xatırladaq ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutub. Bu il yanvarın 30-da isə onların qız toyu olub.


Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya