Bütün xəbərlər
Hollivud ulduzları azərbaycanlı rejissorun filmini qalib seçdi - Fotolar
Tarix: 02-02-2022 19:32 | Bölmə: Mədəniyyət

                    Hollivud ulduzları azərbaycanlı rejissorun filmini qalib seçdi



Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” adlı bədii filmi ABŞ-da 2021-ci ilin yekunlarına əsasən macəra janrında olan qısametrajlı filmlər arasında “Media Awards of the Year” nominasiyasında qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu, Atlantik-siti şəhərində (ABŞ, Nyu-Cersi ştatı) keçirilən “Action Martial Arts Mega Weekend” qala-gecəsində açıqlanıb.  
Ən yaxşı ekran işləri kino sənayesində yenilik meyarları və beynəlxalq festivallarda qazanılmış mükafatlara əsasən seçilib. Münsiflər heyətində Hollivud ulduzları - Sintiya Rotrok, Saşa Mitçell, Don Uilson, Maykl Cey Uayt, Samuel Kvok, Robert Qoldman və digərləri yer alıblar.
Qeyd edək ki, “Let me run” filmi 2019-cu ildə E. Bayramovun rəhbərlik etdiyi “Old Stone Pictures” prodakşn tərəfindən çəkilib. Ekran işinin rejissoru və ssenari müəllifi E. Bayramovun özüdür. O, 2017-ci ildə Nyu-Yorkda yaşayır və fəaliyyət göstərir. Filmdə baş rolda Tural Manafov çəkilib. Daha əvvəl “Let me run” ABŞ və Kanadada 14 müxtəlif kinofestivalda müxtəlif nominasiyalarda qalib gəlib.








Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya