Bütün xəbərlər
Azərbaycanda ICESCO-nun regional ofisi təsis ediləcək
Tarix: 02-02-2022 19:28 | Bölmə: Mədəniyyət

                     Azərbaycanda ICESCO-nun regional ofisi təsis ediləcək



Bu gün mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında onlayn formatda görüş baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
Bu kontekstdə, gələcəkdə ICESCO-nun Azərbaycanda regional ofisinin təsis edilməsi və təşkilatın ekspertlərdən ibarət texniki missiyasının yaxın müddətdə ölkəmizə mümkün səfəri müzakirə edilib.
Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilib və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya