20:09 / 28-07-2026
İki uşağı qaçıranlar yeddi il həbs cəzasına məhkum ediliblər
20:06 / 28-07-2026
Almaniyalı deputat Merzin blokunu "Ukrayna partiyası" adlandırıb
20:02 / 28-07-2026
MKİ və "Mossad" Müctəba Xameneyini tapa bilmirlər
19:54 / 28-07-2026
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
19:48 / 28-07-2026
Rusiyanın KXDR-dəki yeni səfiri təyin edildi
19:46 / 28-07-2026
İkiqat qətldə günahlandırılaraq 17 il müddətinə azadlıqdan məhrum edilib
19:43 / 28-07-2026
Sanksiyalar Avropa İttifaqını Rusiyanın "Ka-32" yanğınsöndürmə helikopterlərindən məhrum edib
19:40 / 28-07-2026
Təqaüdçü qətl şübhəsi ilə həbs edilib
18:59 / 28-07-2026
Tramp ABŞ-ın hələ də Hörmüz boğazına nəzarəti saxladığını bildirdi
18:55 / 28-07-2026
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
18:52 / 28-07-2026
Ekspert Ukraynanın Afrika və Yaxın Şərqdə nəyə ehtiyacı olduğunu izah etdi
18:48 / 28-07-2026
Yeni doğulmuş uşağın qətlində şübhəli bilinən şəxs saxlanılıb
18:44 / 28-07-2026
Tramp Senator Qrem müharibəni sevirdi dedi
18:42 / 28-07-2026
Keçmiş "Zenit" məşqçisi İtaliya milli futbol komandasının baş məşqçisi təyin edildi
18:37 / 28-07-2026
Bağça müəllimi uşağa hücum etdi; cinayət işi açılıb
18:34 / 28-07-2026
Bir ekspert bildirib ki, Ukrayna kredit və silah almaq üçün ABŞ-ın maraqları naminə hərəkət edir
18:32 / 28-07-2026
Tikinti materialları anbarında böyük yanğın baş verib
18:30 / 28-07-2026
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
18:26 / 28-07-2026
Politoloq BMT demarşından sonra ABŞ-Fransa münasibətlərinin perspektivlərini qiymətləndirdi
18:20 / 28-07-2026
İran Ukrayna təxribatlarına cavab verəcək, ekspert Rojin bildirib
20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
Naxçıvanda muzey ziyarətləri davam edir
Tarix: 29-01-2022 21:36 | Bölmə: Mədəniyyət
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu türbəsində olublar.
Məlumat verilib ki, Yusif Küseyir oğlu türbəsi Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə Naxçıvan şəhərinin cənub-şərq tərəfində inşa edilib. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli formada ucaldılan türbə piramida şəkilli günbəzlə örtülüb. Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatıb.
Diqqətə çatdırılıb ki, tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Son illər muxtar respublikada tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də 2020-ci ildə bərpa olunub.
Bildirilib ki, türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Bununla yanaşı, türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə işlənmiş bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”. Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı, hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.
Qeyd olunub ki, Yusif Küseyir oğlu məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmayıb. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilib. Frizlər və haşiyələrdəki kitabələrin fonunda şaquli “ləm”, “əlif”, “kəf” hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilib və müqəddəs “Qurani-Kərim”dən bir neçə ayələr də burada öz əksini tapıb. Səkkizguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnib. Kitabələrin mətni Quran ayələridir. Sözügedən abidə səkkiz yüz illik yaşını tamamlamasına baxmayaraq, göstərilən diqqət sayəsində hələ də Naxçıvanın mərkəzində öz əzəməti ilə turistlərin və qonaqların marağına səbəb olur.

Baxış sayı: 515
Bölməyə aid digər xəbərlər

27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib