Bütün xəbərlər
Xumar Qədimova Nizami Gəncəvinin 880 illiyinə mahnı həsr etdi - Audio
Tarix: 07-01-2022 21:56 | Bölmə: Mədəniyyət

                 Xumar Qədimova Nizami Gəncəvinin 880 illiyinə mahnı həsr etdi


Əməkdar artist Xumar Qədimova dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan yeni kompozisiyanı təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, əsərdə Nizami Gəncəvinin “Çəkirəm” və “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəllərindən istifadə edilib.
Mahnı Xumar Qədimovanın şəxsi Yutub səhifəsində yerləşdirilib.
Xatırladaq ki, sənətçi 2019-cu ildə - “Nəsimi ili”ndə İmadəddin Nəsiminin “Neylərəm” qəzəlinə həsr olunmuş kompozisiya və klipi də təqdim etmişdi.

           
           


Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya