22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Azərbaycan çöhrəsi” adlı fotosərgi açılıb - FOTO
Tarix: 22-12-2021 19:59 | Bölmə: Mədəniyyət

“Azərbaycan çöhrəsi”



Bu gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Azərbaycan çöhrəsi” fotosərgisi açılıb.
APA-nın məlumatına görə, sərgi Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.
Fotoların müəllifləri SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi Rafail Qəmbərov və 10 ilə yaxın Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovdur.
Dekabrın 27-dək davam edəcək sərgidə Rafail Qəmbərovun 100-ə yaxın, Rafiq Bağırovun isə 26 fotosu nümayiş olunur.

Fotosərginin təşkilinə şərait yaratdığı üçün Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilova təşəkkür edən Rafail Qəmbərov jurnalistlərə açıqlamasında deyib ki, bu sərgi Prezident İlham Əliyevin ad gününə bir hədiyyədir: “Bu sərgidə Azərbaycanın siması olan insanların fotoları nümayiş olunur. Azərbaycan insanları zahirən də, daxilən də gözəl, zəngin, kübardırlar. Sərginin ideyası da məhz Azərbaycanın simasını nümayiş etdirməkdir”.


“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”“Azərbaycan çöhrəsi”







Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər